...

UNEC-də Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2015 11:49 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib.
UNEC-də Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının və UNEC Qadınlar Şurasının sədri Təranə Kərimova yaradılmasının 23-cü illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynadığını bildirib.

T.Kərimova Ümummili Lider Heydər Əliyevin ideyalarının getdikcə daha geniş təşəkkül tapdığı Azərbaycanın dünya miqyasında öz sözü və yeri olan bir ölkəyə çevrildiyini və xalqımızın xoşbəxt gələcəyinin təminatına güclü zəmin yaradıldığını qeyd edib. Bilidirib ki, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın siyasi kursunun alternativi yoxdur. Müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilən YAP-ın yaranması insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə yol açıb.

Tədbirdə çıxış edən professor-müəllim heyəti YAP-ın keçdiyi 23 illik şərəfli yoldan danışıb, əldə olunan uğurlardan bəhs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti