Bakının iri ticarət mərkəzləri terrordan necə qorunur?

Bakının iri ticarət mərkəzləri terrordan necə qorunur?

Bakı. Samir Məmmədov - Trend:

Fransada baş vermiş terror hadisəsindən sonra Azərbaycanda da təhlükəsizlik tədbirləri gücləndirilib. Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə sabitliyi ciddi nəzarətə götürüb. Ölkənin hava limanları, dəmiryol nəqliyyatı və Bakı Metropoliteninin mühafizə xidmətləri gücləndirilmiş iş rejimində çalışır.

Strateji obyektlərlə yanaşı, ölkədə, xüsusən də paytaxt Bakıda bütün ticarət və iaşə obyektlərində, insanların sıxlıq təşkil etdiyi yerlərdə mühafizənin gücləndirilməsi vacibdir. Mühafizənin gücləndirilməsi vacib olan əsas məkanlar, əsasən, Bakıda fəaliyyət göstərən iri ticarət obyektləridir. Bu gün paytaxtda əhalinin daha çox alış-veriş etdiyi iri ticarət obyektləri onlarladır. Azərbaycanın qonşuluğunda Ermənistan kimi terrorçu ölkə olmasını da nəzərə alsaq, bu cür obyektlər hər an terrorçuların hədəfinə çevrilə bilər. Əhalinin sıxlıq təşkil etdiyi yerlər, ticarət və iaşə obyektləri bu cür təhlükələrdən qorunmaq üçün ciddi mühafizə olunmalıdır. Bəs, görəsən, bu cür obyektlərdə mühafizə hansı səviyyədədir?

"28 Mall"da mühafizə gücləndirilib

Trend-in əməkdaşı Bakıda bir neçə ticarət obyektində mühafizənin necə və kimlər tərəfindən qorunduğunu araşdırıb. Məlum olub ki, Bakıda bəzi iri ticarət mərkəzlərində hələ də təhlükəsizlik tədbirləri lazımi səviyyədə deyil. Bəzi obyektlər müştərilərin rahatlığı və təhlükəsizliyi üçün lazımi şərait yaratsa da, bəziləri bu barədə düşünməyib.

Bakıda əhalinin ən sıx alver etdiyi iri ticarət məkanlarından biri də Bakının mərkəzi hissəsində yerləşən "28 Mall" ticarət mərkəzidir. Fransa olaylarından sonra bu ticarət obyektinin mühafizəsi gücləndirilib. Mərkəzin girişində mühafizə xidmətinin əməkdaşları ilə yanaşı, xüsusi mühafizə qurğuları da quraşdırılıb. Binanın girişində mühafizə xidmətinin əməkdaşları vətəndaşların təhlükəsizliyinə ciddi nəzarət edirlər.

Bundan başqa, ticarət mərkəzinin hər mərtəbəsində bir neçə mühafizəçi əraziyə ciddi nəzarət edir, şübhələndikləri hər hansısa şəxs barədə maraqlanır, xüsusi rabitə qurğuları ilə mühafizə rəhbərinə məlumat verirlər.

"28 Mall" ticarət mərkəzinin mühafizəsini mərkəzin xüsusi mühafizə xidməti qoruyur. Mərkəzdən bildiriblər ki, mühafizə xidməti binanı növbəlilik sistemi ilə mühafizə edir və müştərilərin təhlükəsizliyini maksimum qorumağa çalışır.

"Park Bulvar"da mühafizə necədir?

Bakıda daha bir iri ticarət mərkəzi Dənizkənarı Milli Parkda yerləşir. "Park Bulvar" ticarət mərkəzində də mühafizə xidməti var. Hər mərtəbədə iki mühafizəçi müşahidə olunur. Amma binanın girişində mərkəzə daxil olan şəxslərin təhlükəsizliyinə bir o qədər də ciddi diqqət yetirilmir. Mərkəzin təhlükəsizliyinin hansı səviyyədə olması barədə "Xəzər" Mühafizə Xidmətinin "Park Bulvar"dakı mühafizə hissəsinin rəhbərinə müraciət etsək də, bu barədə heç bir açıqlama ala bilmədik. Mühafizə rəisi ticarət mərkəzini neçə mühafizəçinin qoruduğu, mühafizənin necə təşkil edildiyi barədə də məlumat vermədi.

Binada ticarət obyektləri, restoranlarla yanaşı, kinoteatr da fəaliyyət göstərir. Yəni bu binanın mühafizəsi daha güclü olmalıdır. Burada canlı mühafizə qüvvəsindən çox istifadə olunmaması nəzərə çarpsa da, bura gələnlərin təhlükəsizliyinə quraşdırımış kameralar vasitəsilə yüksək nəzarət oluduğuna ümid etmək qalır.

Mərkəzi Univermaqda insanların təhlükəsizliyi məsələsi "qızıl" kimi qiymətlidir



Bakıda əhalinin sıx alış-veriş etdiyi daha bir ticarət mərkəzi isə "Mərkəzi Univermaq" (MUM) ticarət mərkəzidir. Bu ticarət mərkəzində də mühafizə xidməti var. Amma Paris olaylarından sonra mərkəzdə mühafizəçilərin sayının daha çox olacağını düşünmək olardı. Qarşılaşdığımız mənzərə isə belə olmadı. "Mərkəzi Univermaq"a daxil olan şəxslər xüsusi qurğular vasitəsilə yoxlanılmırlar. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, ticarət mərkəzinin mühafizə xidməti mərkəzdə baş verəcək hər hansı terror hadisəsinin qarşısını almaq üçün hazır deyil. Mühafizəçilər yalnız mərkəzdə baş verən hansısa mübahisəyə, oğurluq və digər qarşıdurmalara müdaxilə etməyə köklənib. Lakin burada satılan qızıl və zinət əşyaları, hədiyyələr və geyim əşyaları bahalı olduğundan təhlükəsizliyin də "bahalı" təşkil olunmasına ümid etmək lazımdır.

Yəni elmi-texniki tərəqqinin yüksək inkişaf dövründə yaşadığımızdan kamera mühafizə sistemi hazırda ən etibarlı təhlükəsizlik vasitəsi kimi çıxış edir. Bizə də həm "MUM"da, həm də digər ticarət obyetktlərində, bazar və küçələrdə, metroda və başqa iaşə obyektlərində bu işin kameralar vasitəsilə yüksək vasitədə həyata keçirildiyinə ümid etmək qalır.

Ekspert Arzu Nağıyev bildirir ki, hər hansı bir obyektin qorunması həmin obyektin texniki xarakteristikasından başqa, mühafizə olunan həmin obyektin qiyməti ilə də əlaqəlidir. Yəni müxtəlif təhlükəsizlik formaları var: "Məsələn, Bakıda fəaliyyət göstərən "Park Bulvar" kimi iri ticarət mərkəzlərinin və digər obyektlərin zirzəmiləri də xüsusi mühafizə olunmalıdır. Əgər həmin obyektlərin zirzəmilərində avtomobil parklanması varsa, bura da güclü qorunmalıdır. Dünya təcrübəsində belədir ki, əgər həmin ticarət mərkəzlərinin zirzəmisinə daxil olan avtomobillərdə qaz qurğusu varsa, həmin avtomobillər binanın yeraltı qarajlarına buraxılmır. Əgər qaz balonları quraşdırılan avtomobillər zirzəmiyə daxil olursa, bunun özü də bina üçün ciddi təhlükədir. Əgər bina mühafizə kamerası və digər texniki vasitələrlə izlənilirsə, bu kamera və qurğulara nəzarət etmək üçün xüsusi şəxs ayrılmalıdır".

Ekspert qeyd etdi ki, mühafizə anlamı yalnız binanın qorunması ilə bitmir. Mühafizə zamanı binanın təkcə daxili deyil, ora gələn müştərilərin və digər insanların hamısı izlənməlidir. Əsas məqsəd bu binaya olan təhlükəsizlik təhdidlərinin qarşısını almaqdır: "Çox təəssüf ki, bəzi ticarət obyektlərində mühafizəçilər yalnız bahalı əşyaların oğurlanmasına yönəldilir. Əslində ticarət mərkəzinə daxil olan şəxs kimliyindən asılı olmayaraq əlindəki çanta və digər əşyaları mühafizə aparatlarına təhvil verib mühafizə zolağından yoxlanılaraq keçməlidir. Müştərilərin əlindəki böyük çantalar saxlanılan yerlərə xüsusi diqqət yetirilməlidir. Mühafizəçi hər hansı bir şübhəli əşya aşkar edərkən özünün səlahiyyətinə aid olmadığı halda həmin əşya barədə dərhal yaxınlıqdakı polis və ya digər hüquq-mühafizə obyektinə məlumat verməlidir. Bununla yanaşı, həmin ərazi üzrə polis şöbə və bölmələri ilə yanaşı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi müqavilə əsasında iş vaxtı bitəndən sonra həmin obyektləri mühafizəyə götürür və bu obyekti mühafizə etməyə başlayır".

A.Nağıyev bir maraqlı faktı da diqqətə çatdırdı ki, bu gün bank sistemində mühafizəni iki mühafizə xidməti həyata keçirir. Bunlardan biri Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları, digəri isə bankın özünün mühafizə xidmət əməkdaşlarıdır: "Bu sistemdə hətta silahla mühafizə də var. Yəni, məqsəd bir olmalıdır. Obyektin və həmin obyektə gələn insanların təhlükəsizliyini tam təmin etmək. Son zamanlar baş verən hadisələr onu göstərir ki, terrorçular əsasən terror törətmək üçün əllərində və üzərində olan əşyalardan istifadə edirlər. Binaların mühafizəsində ilk öncə inanların həyatı təhlükəsizliyinə diqqət yetirilməlidir. Buna görə də, istər xüsusi, istərsə də dövlət təhlükəsizlik xidmətləri bir-biri ilə mütəşəkkil çalışmalıdır. Amma, təəssüflər olsun ki, heç bir səlahiyyəti olmayan şəxslər özəl qurumlar yaradaraq təhlükəsizlik xidməti həyata keçirirlər. Həmin xidmət əməkdaşlarının obyektlərdə işi siə oğurluğun qarşısını almaqdan başqa bir şey deyil".

Ekspertin dediyinə görə, əgər bu gün regionda terror aktları törədilirsə, bütün mühafizə strukturlar bir-biri ilə əlaqə saxlamalı, bu cür halların qarşısını almağa səy göstərməli, təhlükəsizlik tədbirlərini gücləndirməlidir: "Mən demirəm ki, ölkədə fövqəladə vəziyyət elan edilsin. Əgər bir binada əvvəllər 3 mühafizəçi işləyirdisə, bu gün onların sayı artırılmalı və sayıqlığa diqqət yetirilməlidir. Bu proseslərdə təkcə mühafizə xidmətləri deyil, insanların özləri də ayıq-sayıq olmalıdır".

Bəzi obyekt sahiblərinin obyektin mühafizəsi üçün təkcə müşahidə kameralarına güvənməsi məsələsinə toxunan ekspert bu vasitə ilə hər hansısa bir terror hadisəsinin qarşısının alınmasının mümkünsüzlüyünü bildirib. Onun sözlərinə görə, heç bir müşahidə kamerası hansısa bir təhlükə və terrorun qarşısını ala bilməz: "Müasir texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda bu cür halların qarşısını müşahidə kameraları almaq olmaz. Müşahidə kameraları ilə binada perimetr üzrə nəyisə görmək mümkündür, amma bu prosesdə canlı mühafizənin rolu daha vacibdir. Təbii ki, müşahidə kameraları da binanın mühafizəsində vacibdir, amma bu canlı qüvvənin yerini vermir".

Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyası təqdim edilib
“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyası təqdim edilib
Azərbaycanda pandemiyadan sonra turizmin bərpası mərhələli şəkildə həyata keçiriləcək
Azərbaycanda pandemiyadan sonra turizmin bərpası mərhələli şəkildə həyata keçiriləcək
Loading Bars
Xəbər lenti
Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
Xorvatiya AI-nin 10 ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri qaldırdı
ABŞ-ın Minnesota ştatında iğtişaşlara qarşı milli qvardiya cəlb olunub
Boston marafonu 124 illik tarixində ilk dəfə keçirilməyəcək
Əlcəzair özünü təcridetmə rejimini iyunun 13-ə qədər uzatdı
Moskvada son sutka koronavirusdan 76 nəfər dünyasını dəyişib
ÜST: Son sutkada dünyada 104 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinə Ramil Səfərovla bağlı cavab verib
Qazaxda 76 mm-lik top mərmisi aşkar olunub (FOTO)
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində Azərbaycan bayrağı əks olunub
Şirvanda köməkçi tikili yanıb
28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 1 576 nəfər sağalıb
Futbol üzrə İtaliya çempionatı 20 iyunda bərpa olunacaq
Prezident İlham Əliyev: Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı
Prezident İlham Əliyev: Azərbaycan Xalq Cəbhəsinin əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Prezident İlham Əliyev: Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik
Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti
Prezident İlham Əliyev: Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik
Azərbaycan Prezidenti: Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır
Prezident İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir
TASS Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivlərinə dair mətbuat konfransı keçirib (VİDEO)
MEDEF: Azərbaycan və Fransa şirkətlərinin 4 sektorda əməkdaşlıq üçün real imkanları var
FHN tikintidə köməksiz vəziyyətdə qalan fəhlələri xilas etdi
Brüsseldə AXC-nin yaradılmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO/VİDEO)
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Salome Zurabişvili Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Avropa Gimnastikası Respublika Günü ilə bağlı paylaşım edib (VİDEO)
Aydın Hüseynov: “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi məcburi köçkünlərə qayğının ən yüksək nümunəsidir
İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb
Türkiyə Prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi
ASRP Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik edib
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub
Müdafiə Nazirliyi “Zəfər marşı” adlı yeni videoçarx hazırlayıb
İran XİN Azərbaycan xalqını təbrik edib
Hindistanda 80 il heç nə yeməyən yoq ölüb
Bakı Slavyan Universitetində “Son iclas” filmi onlayn formada nümayiş etdirilib (FOTO)
Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Özünü XDMX-nin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib (FOTO)
Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb
Pakistanın Baş Naziri Prezident İlham Əliyevə təşəkkür edib
Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi
Bolqarıstan mətbuatı Azərbaycanın 28 May - Respublika Günü barəsində yazır (FOTO)
İranda daha 2 258 nәfәr koronavirusa yoluxub
Tədqiqatçı: Ermənistanın işğalçılıq planının qarşısının alınması üçün aparılan müharibə AXC üçün ən ciddi sınaq idi
Gəncədə tanışını öldürən keçmiş məhkum saxlanıldı
Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib
İtaliyada 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirilib (FOTO)
Maska taxmaq bu şəxslər üçün təhlükəli ola bilər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB-2)
Həftə sonu güclü şimal-qərb küləyi əsəcək - XƏBƏRDARLIQ
“Azərişıq” ASC cəbhəboyu kəndlərdə yenidənqurma işlərini davam etdirir (VİDEO)
İnsandan koronavirusa yoluxma riskinin yüksək olduğu vəhşi heyvanlar müəyyən edilib
Tamam Cəfərova videokonfrans formatında seçicilərlə görüşüb (FOTO)
Sabah 37 dərəcə isti olacaq
İraqın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası onlayn iclas keçirib
Türkiyəli nazir Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO
İt döyüşlərini təşkil edənlər saxlanıldı
İndoneziya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Lökbatanda mağaza yanıb
Azərbaycan Türkiyədən kimyəvi məhsul idxalını artırıb
Avropada çimərliklər məhdudiyyətlərlə açılıb
Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
Azərbaycan nefti ucuzlaşıb
Şəmkirdə avtomobil qaçıran şəxs saxlanıldı (FOTO/VİDEO)
Unibank Tərtər sakininə bayram hədiyyəsi etdi (FOTO)
Zaur Əliyev: Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən çox xəstəxana ayrılıb
Ağdaş və Göyçayda narkotik bitkilər becərən şəxslər saxlanıldı (FOTO)
Qubada avtomobildə baş verən yanğın polislər tərəfindən söndürüldü (FOTO/VİDEO)
Ermənistanda bir gündə 15 nəfər koronavirusdan öldü
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib (FOTO) (YENİLƏNİB)
Elm Tarixi İnstitutu: Coğrafi məfhum kimi tanınan Azərbaycan sözü 1918-ci il mayın 28-də müstəqil dövlətin adına çevrildi
Bakıda mənzil qarət edən 54 yaşlı qadın tutuldu
Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri
Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib
Bakı Limanı 28 May - Respublika Günü ilə əlaqədar olaraq maraqlı aksiya həyata keçirib (FOTO/VİDEO)
Bakıda 40 yaşlı kişi küçədə ürəyindən bıçaqlandı
Ağdaşda “Xaş-xaş 2020” əməliyyatı: Bir tondan çox narkotik məhv edildi (FOTO)
PAŞA Sığorta şirkəti vətəndaşlara müraciət etdi
ABŞ-ın Las Veqas, Honolulu, San Dieqo və Monterey şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib (FOTO)
ABŞ dövlət katibi Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib
Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTO/VİDEO)
"Aqrar İnkişaf Könüllüləri” Təşkilatı 3 mindən çox gənci öz ətrafına toplayıb (FOTO)
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 594 nəfərə çatıb
Atəşkəs 23 dəfə pozulub
Alim: 1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi
Azərbaycan sığortaçılarının fəaliyyətində yeni rəqəmsal həllər
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Azərbaycan xalqını 28 May-Respublika Günü münasibəti ilə təbrik edib
Sabirabadda birmərtəbəli ev yanıb
İngiltərə Premyer Liqasında daha 4 nəfər koronavirusa yoluxub
Qazaxıstanda 272 nəfər koronavirusa yoluxma qeydə alındı
Cənubi Koreyada ötən sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb
Conson iyunun 18-də Brüsseldə "Brexit" üzrə danışıqlarda iştirak edəcək
Bütün xəbərlər