Bakı. Elçin Mehdiyev - Trend:
İran təhsil sahəsində öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Bunu Trend-ə Azərbaycanda səfərdə olan İranın təhsil naziri Ali Asghar Fani deyib.
Nazir bildirib ki, bir ay öncə Parisdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşüb və təhsil sahəsində əməkdaşlıq barəsində fikir mübadiləsi aparıb: "İran ilə Azərbaycan eyni mədəniyyətə malik ölkədir və biz təhsil sahəsində olan təcrübəmizi dost və qardaş Azərbaycanla bölüşməyə hazırıq".