...

BDU-da Müşfiq Xanla görüş keçirildi (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2015 11:48 (UTC +04:00)
BDU-da Müşfiq Xanla görüş keçirildi.
BDU-da Müşfiq Xanla görüş keçirildi (FOTO)

Bakı. Trend:

BDU-da Müşfiq Xanla görüş keçirildi.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, görüşü giriş sözü ilə "Tələbə Həmkarlar İttifaqı" Komitəsinin sədri Daşqın Qənbərov açıb. O, tədbir iştirakçılarına müəllif haqqında geniş məlumat verib. Daha sonra söz alan Müşfiq Xan öz növbəsində universitet rəhbərliyinə təşəkkürlərini bildirib. O, "Mütaliə və detektiv janr" mövzusunda mühazirə ilə çıxış edib.

Çıxışlardan sonra yazıçı tələbələrin suallarını cavablandırıb. Tələbələr müəllifə "Sonuncu hədiyyə", "Ümidlərin izi ilə" və "U geni" kitabları ilə bağlı suallar ünvanlayıblar. Tədbir zamanı detektiv roman janrı barəsində müzakirələr aparılıb.

Sonda Müşfiq Xan gənclər üçün kitablarını imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti