...

Bakı metropolitenində qatarların hərəkətində gecikmə olub

Cəmiyyət Materials 10 Dekabr 2015 09:28 (UTC +04:00)
Bakı metropoliteninin "28 may" stansiyasında qatarların hərəkətində gecikmə olub.
Bakı metropolitenində qatarların hərəkətində gecikmə olub

Trend-i buradan izləyin

Bakı. Samir Məmmədov - Trend:

Bakı metropoliteninin "28 may" stansiyasında qatarların hərəkətində gecikmə olub. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, gecikməyə səbəb "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarlardan birində yaranmış texniki nasazlıq olub. Nəticədə qatarın stansiyaya çatması gecikib.

Qurum rəsmisi bildirib ki, problem qısa müddətdə aradan qaldırılıb və qatarların hərəkəti bərpa edilib. Hazırda qatarlar əvvəlki intervalla hərəkət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti