Məşhur azərbaycanlı samboçu Rusiyada saxlanılıb

Cəmiyyət Materials 11 Dekabr 2015 21:38 (UTC +04:00)
Məşhur azərbaycanlı samboçu Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb
Məşhur azərbaycanlı samboçu Rusiyada saxlanılıb

Bakı. Trend:

Məşhur azərbaycanlı samboçu Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb.

Trend RİA Novosti agentliyinə istinadən məlumat verir ki, S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur.

Məlumata əsasən, azərbaycanlı idmancı 2012-ci ildə kafedə iki nəfərdən, onları ölümlə hədə-qorxu gələrək, 3 milion rubl tələb edib.

Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti