...

Rəşad Məmmədovun apelyasiya şikayətinə sabah baxılacaq

Cəmiyyət Materials 17 Dekabr 2015 11:21 (UTC +04:00)
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovun Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından verdiyi apelyasiya şikayətinə sabah baxılacaq.
Rəşad Məmmədovun apelyasiya şikayətinə sabah baxılacaq

Bakı. Samir Məmmədov - Trend:

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovun Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından verdiyi apelyasiya şikayətinə sabah baxılacaq. Bu barədə Trend-ə R.Məmmədovun vəkili Akif Əlizadə məlumat verib.

Vəkil bildirib ki, şikayətə dekabrın 18-də Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.

R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti