...

Səhiyyə Nazirliyi: Naxçıvanda “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb

Cəmiyyət Materials 11 Yanvar 2016 12:58 (UTC +04:00)
Naxçıcan Muxtar Respublikasında “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb.
Səhiyyə Nazirliyi: Naxçıvanda “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Naxçıcan Muxtar Respublikasında "donuz" qripinə yoluxma faktı qeydə alınmayıb.

Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev Trend-ə bildirib ki, indiyədək aparılan analizlərin nəticələrinə görə, Azərbaycanda "donuz qripi" virusu aşkarlanmayıb: "Ümumiyyətlə, bizə mövsümi qriplə bağlı analizlər həmişə daxil olur. Xəstəxanalardan bizə daxil olan nümunələr yoxlanılır və virusun olub-olmamasının cavabı deyilir. Amma "donuz qripi" ilə bağlı heç bir müsbət hadisə olmayıb, cavabların hamısı mənfi olub, yəni heç bir virus aşkarlanmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti