Bakı. Trend:
Yanvarın 11-də meyidi Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş Qasımov Mübariz Dilqəm oğlu bu gün Tovuz rayonunun Aşağı Mülkülü kəndində dəfn ediləcək.
Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, mərhumun cəsədi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın "Azneft" İstehsalat Birliyi tərəfindən görülmüş birgə tədbirlər nəticəsində dünən ''BE-200ÇS'' amfibiya tipli təyyarə vasitəsi ilə respublikaya gətirilib.