...

Azərbaycanda "donuz qripi" ilə bağlı son vəziyyət

Cəmiyyət Materials 18 Yanvar 2016 13:37 (UTC +04:00)
Azərbaycanda indiyədək heç bir şəxsdə "donuz qripi" xəstəliyi aşkarlanmayıb.
Azərbaycanda "donuz qripi" ilə bağlı son vəziyyət

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda indiyədək heç bir şəxsdə "donuz qripi" xəstəliyi aşkarlanmayıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

L.Bayramova bildirib ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında "donuz qripi" xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib.

L.Bayramova "donuz qripi" ilə əlaqədar laborator müayinələrin aparılması üçün bütün şəraitin, kifayət qədər test ehtiyatının, diaqnostika imkanlarının olduğunu söyləyib.

Xatırladaq ki, bu ilin əvvəlindən Türkiyədə 400-dən çox şəxsdə "donuz qripi" aşkar edilib, 10-dan çox şəxs bu xəstəlikdən ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti