...

DGK: Gömrük rəsmiləşdirilməsi ən qısa zamanda həyata keçirilir

Cəmiyyət Materials 18 Yanvar 2016 16:02 (UTC +04:00)
Azərbaycana idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş, "Gömrük tarifi haqqında" qanuna uyğun olaraq vergi və rüsumlara cəlb edilir.
DGK: Gömrük rəsmiləşdirilməsi ən qısa zamanda həyata keçirilir

Bakı. Trend:

Azərbaycana idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş, "Gömrük tarifi haqqında" qanuna uyğun olaraq vergi və rüsumlara cəlb edilir. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Qeyd olunur ki, Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib, mövcud qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti