...

Nardaran sakini Natiq Kərimov ev dustaqlığına buraxılıb

Cəmiyyət Materials 19 Yanvar 2016 21:16 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Dövlətə xəyanətdə təqsirləndirilən Nardaran sakini Natiq Kərimov ev dustaqlığına buraxılıb.

N.Kərimovun vəkili Əyyub Ələkbərov Trend-ə bildirib ki, bu gün Səbail rayon məhkəməsində N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar N.Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti