Bakı - Nyu-York aviareysi ləğv olundu

Cəmiyyət Xəbər 22 Yanvar 2016 23:51 (UTC +04:00)

Bakı. Trend:

"Azərbaycan Hava Yollarının" (AZAL) Bakı - Nyu-York aviareysi ABŞ-da hava şəraiti ilə əlaqədar ləğv olunub. Bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında bildiriblər.

Bildirilib ki, təyyarənin Bakıdan uçuşu yanvarın 23-ü saat 06:00-da nəzərdə tutulmuşdu.

Qeyd edək ki, ABŞ-ın şərq sahillərində güclü qar yağması səbəbindən təxminən 5 min aviareys ləğv olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti