...

MTRŞ: Milli cizgi filmlərinin çəkilməsində dövlət mövqeyini ortaya qoymalıdır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 23 Yanvar 2016 13:22 (UTC +04:00)
Milli cizgi filmlərinin çəkilməsi məsələsində dövlət öz mövqeyini ortaya qoymalıdır.
MTRŞ: Milli cizgi filmlərinin çəkilməsində dövlət mövqeyini ortaya qoymalıdır (ƏLAVƏ OLUNUB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Milli cizgi filmlərinin çəkilməsi məsələsində dövlət öz mövqeyini ortaya qoymalıdır.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, cizgi filmləri və kadrlarının hazırlanması ilə bağlı Şura tərəfindən dəfələrlə ali instansiyalara müraciət edilib: "Biz əvvəl kadr çəkməliyik ki, sonra film hazırlaya bilək. Dəfələrlə bununla bağlı pulun ayrılması üçün müraciət etmişik. Biz buna görə Şuraya pulun ayrılmasını istəmirik. Pulu müvafiq qurumlara, Mədəniyyət və Turizm Nazirliyinə ayırsınlar".

Şura sədri sonra qeyd edib ki, "Space" kanalında yayımlanan "Sevimli şou" verilişinin də bağlanması barədə qərar verilib. N.Məhərrəmli bildirib ki, "Sevimli şou" verilişinin formatı və aparıcısı dəyişdiriləcək: "Biz şou verilişlərinin tam eleyhinə deyilik. Amma indi efirə verilən verilişlərdə şoular bayağı lətifələr üzərində qururlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti