...

Macarıstanda təhsil almaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 3 Fevral 2016 16:25 (UTC +04:00)
Macarıstanda ali təhsil üçün sənəd qəbulu elan edilir.
Macarıstanda təhsil almaq istəyənlərin nəzərinə

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı" çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir.

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır.

Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Azərbaycan Təhsil Nazirliyi, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Macarıstan tərəfindən həyata keçirilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti