...

Azərbaycanda dövlət tərəfindən qiymətləri müəyyənləşdirilən dərmanların siyahısı artırıldı

Cəmiyyət Materials 5 Fevral 2016 09:26
Azərbaycan Respublikası Tarif (qiymət) Şurası “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq, yeni qərar verib.
Azərbaycanda dövlət tərəfindən qiymətləri müəyyənləşdirilən dərmanların siyahısı artırıldı

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat"a uyğun olaraq, yeni qərar verib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat"a uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası yeni siyahı üzrə dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edib.

Qərara görə, 2016-cı il 25 fevral tarixindən etibarən bu qərara Əlavə 2-də göstərilən təsiredici maddələr üzrə (bu Əlavədə göstərilməyən digər kombinə olunmuş dərman vasitələri istisna olmaqla) qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Bu qərara Əlavə 3-də göstərilən təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2016-cı il fevral ayının 22-dək müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti