...

Azərbaycan gənclərinin ekstremal istirahəti (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2016 17:14 (UTC +04:00)
Şahdağ Turizm Mərkəzində çox maraqlı və həyəcan dolu layihə baş tutdu.
Azərbaycan gənclərinin ekstremal istirahəti (FOTO)

Bakı. Trend:

Şahdağ Turizm Mərkəzində çox maraqlı və həyəcan dolu layihə baş tutdu. Trend-in məlumatına görə, Bizon Run n` Roll adlanan layihə hər zaman olduğu kimi Azərbaycanın qış istirahət və xizək mərkəzində əyləncə sektoruna yeniliyə imza atmış oldu. Bu dəfə Xtreme Pro təşkilatçıları böyük ölçülərdə kreativ boulinq oyunu təşkil etməyə müvəffəq oldular. Burada əsas ideya müəyyən hündürlükdən içərisinə adam daxil olmuş 3 metrlik böyük şar ilə aşağıda yerləşdirilən böyük keqliləri dağıtmaq, bununla da maraqlı şou və ekstrim əyləncəyə nail olmaqdır.

Burada 1 iştirakçı şarın içində aşağı sürüşməli, ikinci iştirakçı isə müəyyən xüsusi kostyumda şarın qarşısında qaçmalıdır. Yarışmada 2 nəfərdən ibarət komandaların qeydiyyatı elan olunmuş, 140 qeydiyyat içərisində ən maraqlı 25 komanda seçilmişdir. Layihənin qaliblərini isə bu Xtreme Pro-nun təşkilatı olduğu yarışlarda ikiqat qalib olan Məryəm Məhəmməd və Gulsumxanım Nəbizadədən ibarət münsiflər heyəti seçdi. 2 kriteriya üzrə qaliblər aşağıdakı komandalar oldu:

"Ən uğurlu texnika" nominasiyasında mamksimum xal toplayan "Колдуны" komandası oldu

"Tamaşaçıların simpatiyası" nominasiyasında maraqlı şou və geyimləri ilə hər kəsin dəstəyini qazanmış "Monster Ladies" komandası qalib gəldi

Layihənin qalibləri Bizon Energy Drink və Xtreme Pro, habelə Şahdağ Turizm Mərkəzi və PAŞA Sığorta tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırıldı.

Layihənin rəsmi informasiya dəstəyi Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti