...

Bakıda 6 saylı avtobus hərəkət xəttini dəyişdirib

Cəmiyyət Materials 10 Fevral 2016 11:24 (UTC +04:00)
Bakıda şəhər daxilində işləyən 6 saylı avtobus hərəkət xəttini dəyişdirib.
Bakıda 6 saylı avtobus hərəkət xəttini dəyişdirib

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda şəhər daxilində işləyən 6 saylı avtobus hərəkət xəttini dəyişdirib.

"Baku-bus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova Trend-ə bildirib ki, "Formula-1" yarışlarının keçirilməsinə hazırlıq işlərinin görülməsi ilə əlaqədar bu gündən Şeyx Şamil küçəsindən sola dönərkən - İstiqaliyyət küçəsi boyunca nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bununla əlaqədar, "Baku-bus"a məxsus 6 saylı avtobusun da hərəkəti məhdudlaşdırılıb və onun hərəkət xətti müvəqqəti dəyişdirilib. 6 saylı avtobus sabah səhər saat 8-dək Nəriman Nərimanovun heykəlinin önündən deyil, Şəhidlər Xiyabanı tərəfdən hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti