...

Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2016 16:56 (UTC +04:00)
Fevralın 11-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.
Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik (FOTO)

Bakı. Trend:

Fevralın 11-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda konfrans keçirilib.

Konfransda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Faiq Əhmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbirə gələn qonaqlar ümummilli lider Heydər Əliyev büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri giriş nitqi ilə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov ölkəmizdə tolerantlığın bərqərar olmasında dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, bu uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycanda yaşayan bütün azsaylı xalqlar, müxtəlif dinlərə mənsub olan vətəndaşlar yumruq kimi birləşərək ölkəmizin inkişafı üçün səylə çalışırlar.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb. Bildirib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir, ölkədə dini radikalizm meyllərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir. O vurğulayıb ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda, dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər.

Daha sonra çıxış edənlər ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıblar. Bildiriblər ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir, ölkədə dini radikalizm meyillərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir. Natiqlər vurğulayıblar ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda, dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Milli-mənəvi dəyərlərimiz sırasında xüsusi yer tutan tolerantlığın qorunub saxlanmasını və zənginləşdirilməsini yüksək qiymətləndiriblər.

Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bir çox sahələrdə olduğu kimi, tolerantlıq və dini dözümlülük baxımından da nümunə göstərilir.

Konfrans iştirakçıları nahardan sonra "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda öz fikir mübadilələrini panellərdə davam etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti