...

İTV-nin əməkdaşının ölümü ilə bağlı cinayət işi başlandı

Cəmiyyət Materials 29 Fevral 2016 10:24 (UTC +04:00)
Bu il yanvarın 23-də itkin düşmüş və fevralın 26-da meyiti tapılan İctimai Televiziyanın (İTV) əməkdaşı Rəşad Əliyevin ölümü ilə bağlı cinayət işi başlayıb.
İTV-nin əməkdaşının ölümü ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Bu il yanvarın 23-də itkin düşmüş və fevralın 26-da meyiti tapılan İctimai Televiziyanın (İTV) əməkdaşı Rəşad Əliyevin ölümü ilə bağlı cinayət işi başlayıb.

Səbail rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.

Xatırladaq ki, İTV-də quruluşçu rejissor işləmiş 1973-cü il təvəllüdlü R.Əliyev bu il yanvarın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti