...

Şəxsiyyət vəsiqələrinin verilməsi üzrə səyyar xidmətlər davam edir

Cəmiyyət Materials 11 Mart 2016 15:55 (UTC +04:00)
2 minə yaxın vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi üçün sənədləri qəbul edilib.
Şəxsiyyət vəsiqələrinin verilməsi üzrə səyyar xidmətlər davam edir

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər respublikanın Gəncə, Sabirabad, Tərtər, həmçinin paytaxtın Binəqədi, Xəzər, Suraxanı, Sabunçu şəhər və rayonlarının polis idarəvə şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə baş tutub.

Belə ki, keçirilmiş səyyar xidmətlər zamanı Suraxanı rayonunda 36, Xəzər rayonunda 127, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 208, Sabunçu rayonunun Nardaran qəsəbəsində 106, Sabirabad rayonunun bir neçə kəndində 307, Gəncənin Kəpəz və Nizami rayonlarında 852, Tərtər rayonunda isə 350, ümumilikdə 2 minə yaxın vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi üçün sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti