...

Azərbaycanda təhlükəli hadisələr üzrə riski azaltmaq üçün atlas hazırlanacaq

Cəmiyyət Materials 17 Mart 2016 17:10 (UTC +04:00)
Azərbaycanda təhlükəli hadisələrin təsnifatını aparmaq, onları müəyyənləşdirmək, qabaqcıl tədbirlər həyata keçirmək, riski minimuma endirmək üçün "Fövqəladə hallar atlası" hazırlanacaq.
Azərbaycanda təhlükəli hadisələr üzrə riski azaltmaq üçün atlas hazırlanacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda təhlükəli hadisələrin təsnifatını aparmaq, onları müəyyənləşdirmək, qabaqcıl tədbirlər həyata keçirmək, riski minimuma endirmək üçün "Fövqəladə hallar atlası" hazırlanacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutun direktoru Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, artıq atlasın yaradılması üçün işçi qrup yaradılıb: "Bu qrupun fəaliyyəti ilə bağlı hazırda yol xəritəsi hazırlanır. Yol xəritəsinin hazırlanması ilə bağlı işlər yekun mərhələdədir. Martın 28-dən sonra xəritə işçi qrupunun müzakirəsinə təqdim olunacaq. Atlasın strukturunun necə olacağı, hansı nəticələrin əldə olunacağı yol xəritəsində öz əksini tapacaq".

Direktorun sözlərinə görə, atlas üçün işlənəcək xəritələrin heç biri indiyədək Azərbaycanda hazırlanmayıb: "Fövqəladə hallar atlası üçün hazırlanan xəritələr tam yeni xəritələr olacaq. Gələcəkdə həmin xəritələrin müasir informasiya bazası yaradılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti