...

Azərbaycan gömrükçüləri 450 kq heroin aşkar ediblər

Cəmiyyət Materials 17 Mart 2016 23:25 (UTC +04:00)
Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.
Azərbaycan gömrükçüləri 450 kq heroin aşkar ediblər

Bakı. Trend:

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

Trend-ə Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda İran İslam Respublikasından gələn və Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Ukraynaya getmək istəyən "90-ZV-438" / "99-ZC-154" nömrəli yük avtomobili saxlanılıb.

Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin avtomobilə baxış zamanı 450 kq narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti