...

QMİ: Yaxın günlərdə Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna başlanılacaq

Cəmiyyət Materials 26 Mart 2016 11:45 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu barədə elan veriləcək.
QMİ: Yaxın günlərdə Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna başlanılacaq

Bakı. Trend:

Yaxın günlərdə Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu barədə elan veriləcək. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, əvvəlki illərdə Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu nisbətən erkən tarixlərdə başlasa da, bu il sənəd qəbulu ləngiyir.

Qeyd edək ki, bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti