...

Qaxda əməliyyat keçirildi - 58 dini ekstremist saxlanıldı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 28 Mart 2016 12:54 (UTC +04:00)
Qax rayonunda qanunsuz dini ədəbiyyatın təbliği və dini yığıncaq keçirilıməsinin qarşısı alınıb
Qaxda əməliyyat keçirildi - 58 dini ekstremist saxlanıldı (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Qax rayonunda qanunsuz dini ədəbiyyatın təbliği və dini yığıncaq keçirilməsinin qarşısı alınıb.

Qax rayonunun hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, rayonun hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Əməliyyat məlumatı əsasında şəhər ərazisində yaşayan Qivi Mixoyeviç Xusişvilinin evində keçirilən əməliyyat zamanı həmin şəxsin dini yığıncaqların təşkili və keçirilməsi qaydalarını pozaraq, qanunla qadağan olunmuş dini dərnəklər təşkil etməsi, 56 nəfərin həmin dini təriqətlə məşğul olması aşkarlanıb.

Əməliyyat zamanı 44 nəfər Qax sakini, 9 nəfər Zaqatala rayon, 5 nəfər isə Bakı şəhər sakini saxlanılıb.

Evə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 19 ədəd DVD disk, 2 ədəd videokaset və 219 ədəd dini ədəbiyyat aşkar edilib.

Faktla bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, martın 23-də Qax rayon Polis şöbəsi əməkdaşları tərəfindən rayon məhkəməsinin qərarı əsasında şəhər ərazisində yaşayan Qivi Mixoyeviç Xusişvilinin evinə baxış keçirilib. Onun dini yığıncaqların təşkili və keçirilməsi qaydalarını pozaraq qanunla qadağan olunmuş dini dərnəklər təşkil etməsi, 56 nəfərin (44 nəfəri Qax rayon, 9 nəfəri Zaqatala rayon, 5 nəfəri Bakı şəhər sakini) həmin dini təriqətlə məşğul olması müəyyən edilib. Evdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 19 ədəd DVD disk, 2 ədəd videokaset və 219 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti