...

#TurkiyeseninleAzerbaycan heşteqi "Twitter"-in ön sıralarında (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2016 23:39 (UTC +04:00)
#TurkiyeseninleAzerbaycan (Türkiyə səninlədir, Azərbaycan) heşteqi "Twitter" mikrobloqunun birinci sıralarında yerləşib.
#TurkiyeseninleAzerbaycan heşteqi "Twitter"-in ön sıralarında (FOTO)

Bakı. Trend:

#TurkiyeseninleAzerbaycan (Türkiyə səninlədir, Azərbaycan) heşteqi "Twitter" mikrobloqunun birinci sıralarında yerləşib.

Trend-in məlumatında görə, bu gün ərzində bu heşteq altında Azərbaycana dəstək əlaməti olaraq 60 mindən çox məlumat yayılıb.

Demək olar ki, bütün Türkiyə qəzetləri Azərbaycanla bağlı məlumatları bu heşteq altında yayıblar.

Bundan başqa, bir sıra türk ictimai xadimləri "Twitter"-də bölüşdükləri məlumatlarda qeyd olunan heşteqi istifadə etməklə Azərbaycana dəstək göstərib.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti