...

Azərbaycanlı deputat: Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermir

Cəmiyyət Materials 4 Aprel 2016 20:25 (UTC +04:00)
Azərbaycanlı deputat alman ictimaiyyətinə müraciət ünvanlayıb.
Azərbaycanlı deputat: Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermir

Bakı. Trend:

Almaniyanın Raynland-Pfalts əyaləti parlamentinin deputatı Rahim Şmit Ermənistanın törətdiyi təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımları özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalisinin təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığını bəyan edib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

O, həmçinin Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulmasının, o cümlədən Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrinin və mülki obyektlərin atəşə məruz qalması nəticəsində dinc insanların öldürülməsinin narahatlıq doğurduğunu bildirib: "Baş verən hadisələrə son qoymaq məqsədilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884, və BMT Baş Assambleyasının 62/243 (2008) qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməli və işğalçı respublika silahlı qüvvələrini təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarmalıdır".

Deputat, həmçinin Azərbaycanın münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək niyyətinə baxmayaraq, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi qarşıdurmanın sülh yolu ilə həllinə imkan vermədiyini xüsusilə qeyd edib.

O bildirib ki, mövcud status-kvonun saxlanması bölgə xalqlarının maraqlarına cavab verməməklə yanaşı, təkcə regionda deyil, bütün dünyada sülhə və təhlükəsizliyə ciddi təhdid olaraq qalır.

Uzun illər ərzində ermənilər tərəfindən törədilən hərbi provokasiyalar, hücumlar nəticəsində Azərbaycan tərəfindən çox sayda hərbçilər və dinc sakinlərin qətlə yetirildiyini vurğulayan R.Şmit Almaniya ictimaiyyətinə müraciət edərək baş verən hadisələrə biganə qalmamağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti