...

ABŞ şirkətinin rəhbəri: Azərbaycanda seysmoloji materialların təhlili ən müasir səviyyədə aparılır

Cəmiyyət Materials 6 Aprel 2016 16:30 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda seysmoloji materialların təhlili ən müasir səviyyədə aparılır.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bunu Bakıda səfərdə olan ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşündə deyib.

Q.Yetirmişli bildirib ki, Azərbaycanda hazırda fəaliyyət göstərən və peyk rabitəsi ilə işləyən seysmik stansiyalar ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalıdır. Həmin stansiyalar vasitəsilə əldə olunan məlumatların emalında müasir proqramlardan istifadə edildiyini qeyd edən baş direktor bu sahədə də RSXM ilə "Kinemetriks" şirkəti arasında əməkdaşlığın mövcud olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti