...

Eros Ramazzottinin Bakıda heyranedici musiqi şousu (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2016 11:18 (UTC +04:00)
Aprelin 27-i Bakı Kristal Zalında dünya şöhrətli ulduz, italyan müğənnisi və bəstəkarı Eros Ramazzottinin konserti keçirilib.
Eros Ramazzottinin Bakıda heyranedici musiqi şousu (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Aprelin 27-i Bakı Kristal Zalında dünya şöhrətli ulduz, italyan müğənnisi və bəstəkarı Eros Ramazzottinin konserti keçirilib.

Trend-in məlumatına görə, romantik balladalar kralı Ramazzottinin "Perfetto" adlı dünya turnesi çərçivəsində keçirilən konserti Bakı sakinləri və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Eros Ramazzotti, şübhəsiz ki, italyan populyar musiqisinin parlaq nümayəndəsi, italyan estrada məktəbinin ən yaxşı pop-romantikidir.

O, nəinki görkəmli vokal göstəricilərə, həm də bənzərsiz ifa tərzi, özünəməxsus xarizma, kişi cazibəsi və maqnetizmə malikdir.

Mahnıların ən səmimi ifaçısı kimi dünya şöhrətini qazanan milyonların sevimlisi Eros Ramazzotti şou-proqram zamanı tamaşaçılara "Perfetto" albomundan özünün xitlərini və yeni kompozisiyalarını təqdim edib.

"Perfetto" albomu italyan dilində Los-Anceles, Milan və Romada yazılan 14 mahnıdan ibarətdir. Sayca 13-cü olan albom 2015-ci ilin 12 may tarixində işıq üzü görüb. O, dünyanın 60 ölkəsində ən çox satılan albomlarının top-onluğuna daxil ola bilib.

Eros Ramazottinin möhtəşəm şousu gözəl səhnə dekorasiyaları, unikal işıq effektləri, musiqiçilərin dəbdəbəli paltarları və xüsusi olaraq bu şou üçün hazırlanmış nəhəng videoekranla, ən əsası isə çox gözəl musiqi və üslubla müşayiət olunub.

Erosun maskası - özünəməxsus simvol və şou Çarli Çaplinin siluetləri ilə açılır: "L'ombra del gigante" akkordlarında "Erosun çoxsaylı simvolları" ilk dəfə onun yalnız az insana məlum olan istehzalı təbiətini göstərir. Şou zamanı biz ekranda onun su altında necə tryuklar etdiyini, "Sbandando"da qara-ağ topla oynadığını, həmçinin səyahətlər və müxtəlif dünya mədəniyyətlərindən bəhs edən filmdəki superulduza çevrildiyini görürük.

Eros özünü musiqiçi kimi də göstərdi: "Stella Gemella" mahnısı zamanı gitarada solo, "Tra vent'anni" mahnısı - fortepianoda, və nəhayət, finalda "Un angelo disteso al sole" zamanı akustik gitarada solo ifa etdi.

"For Esodi" mahnısı zamanı isə mühüm məqamlardan biri baş verir: böyük ekranda Avropanın böyük bayrağına çevrilən nurlu, gülən uşaq üzü peyda olur və Erosa xoş hisslərlə əl sallayır.

Bütün bunlar konserti sözün əsl mənasında musiqi incəsənətinin əfsanəvi gözəlliyinə çevirdi.

Albomunun adı barəsində danışarkən, müğənni deyib: "Layihə üzərində işinizi bitirdikdə, siz yalnız son ştrixləri əlavə edib "Perfetto" (möhtəşəm) deyə bəyan edirsiniz. Və bu cümlə hər bir kəsə aydındır".

Konsert həqiqətən də tamaşaçılara çoxlu emosiya və xoş xatirələr bəxş edən İdeal musiqi şousu oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti