...

Dövlət müşaviri: "Multikulturalizm" və "Azərbaycanşünaslıq" fənlərinin tədrisinə böyük ehtiyac var

Cəmiyyət Materials 29 Aprel 2016 16:18 (UTC +04:00)
"Bu gün bir sıra universitetlərimizdə "Multikulturalizm" və "Azərbaycanşünaslıq" fənlərinin tədrisinə böyük ehtiyac var".
Dövlət müşaviri: "Multikulturalizm" və "Azərbaycanşünaslıq" fənlərinin tədrisinə böyük ehtiyac var

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bu gün bir sıra universitetlərimizdə "Multikulturalizm" və "Azərbaycanşünaslıq" fənlərinin tədrisinə böyük ehtiyac var". Trend-in məlumatına görə, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla AMEA-nın illik ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın multikultural mədəniyyəti dünyaya təqdim edilir: "Bunun dünyaya təqdim edilməsində böyük fayda var. Dünyanın bunu öyrənməsinə ehtiyac var".

K.Abdulla bildirib ki, bu gün dünyanın 13 xarici universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Bu fənnin tədrisində AMEA-nın üzvləri, ali məktəblərin mütəxəssisləri yaxından iştirak edirlər.

Dövlət müşavirinin sözlərinə görə, bu layihə çərçivəsində Azərbaycan məktəblərində "Azərbaycan multikuralizmi" fənninin tədrisinə başlanılıb: "Bu gün Azərbaycandakı çoxəsrlik multikultural dəyərlərin universitetlərdə tədris olunması əhəmiyyətlidir. Praktiki olaraq, bəzi məsələlərə dərindən baxsaq görərik ki, bu gün gəncliyimizin bütövlükdə inkişafında bir boşluq var. Xarici ədəbiyyat, psixologiya və digər bu kimi fənlər üzrə orta məktəblərdən gələn ibtidai biliklər humanitar universitetlərdə təkmilləşdirilsə də, bəzən gənclər bu fənlərlə elə orta məktəblərdə vidalaşmalı olurlar. Bunun qarşısını almaq üçün bu gün bir sıra universitetlərimizdə "Multikulturalizm" və "Azərbaycanşünaslıq" fənlərinin tədrisinə böyük ehtiyac var. Bunu əsas tutaraq, Azərbaycan Texniki Universitetində, Dövlət İqtisad Universitetində bu fənlərin tədrisinə artıq uğurla başlamışıq. Ən əsas məsələ bu cür fənlərin digər universitetlərdə də tədrisinə nail olmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti