...

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Milli Məclisin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb

Cəmiyyət Materials 3 May 2016 22:41
2016-cı ilin tədris planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda Azərbaycan Respublikasının Milli Məclisinin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Milli Məclisin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

2016-cı ilin tədris planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda Azərbaycan Respublikasının Milli Məclisinin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, plan uyğun olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli "Azərbaycan Respublikasının Konstitusiyası" və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadə "İqtisadi təhlükəsizlik və onun milli gücə təsiri" mövzularında çıxışlar edib və dinləyiciləri maraqlandıran suallara cavab veriblər.

Xəbər lenti

Xəbər lenti