...

Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə təqdim olunan layihələrin 93-ü Gəncədə həyata keçiriləcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 4 May 2016 14:08 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə təqdim olunan layihələrin 60 faizi regionların payına düşür.
Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə təqdim olunan layihələrin 93-ü Gəncədə həyata keçiriləcək (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə təqdim olunan layihələrin 60 faizi regionların payına düşür.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bunu Fondun icraçı direktoru Fərhad Hacıyev deyib.

Onun sözlərinə görə, həmin layihələrdən 93-ü Gəncədə həyata keçiriləcək: "Artıq mayın 1-dən gənclər təşkilatlarının layihələrinin icrasına başlanılıb. İyunun 1-dən isə fərdi layihələrin reallaşdırılmasına başlanılacaq".

F.Hacıyev onu da qeyd edib ki, ilin ikinci yarısında Gənclər Fondu tərəfindən növbəti qrant müsabiqəsinin keçirilməsi planlaşdırılır.

Fərhad Hacıyev qeyd edib: "Biz mövzular üzərində işləyirik. Müəyyən sorğular, məsləhətləşmələr aparırıq. Bu barədə iyunun əvvəlində məlumat veriləcək. Təbii ki, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" prioritet olaraq qalacaq. Ondan sonra ölkəmizdə keçirilən böyük tədbirlərlə bağlı layihələr qəbul olunacaq. Gənclərin maraqlarını müəyyən istiqamətlər üzrə əks etdirmək üçün sağlam həyat tərzi, asudə vaxtın təşkili, vətənpərvərlik tərbiyəsi və bir çox maraqlı mövzular əhatə olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti