...

Azərbaycanda suvarılan torpaqların 40 min hektara yaxını şoranlaşıb

Cəmiyyət Materials 10 May 2016 13:50 (UTC +04:00)
Azərbaycanda təxminən 1 milyon 350 min hektar suvarılan sahənin 40 min hektara yaxın sahəsində şoranlaşmış torpaq var.
Azərbaycanda suvarılan torpaqların 40 min hektara yaxını şoranlaşıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda təxminən 1 milyon 350 min hektar suvarılan sahənin 40 min hektara yaxın sahəsində şoranlaşmış torpaq var.

Trend-in məlumatına görə, bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov bu gün jurnalistlərə deyib.

Sədr müavini qeyd edib ki, həmin torpaqlarda da qismən şoranlaşma var, ona görə də onlarda qismən əkin aparmaq mümkündür.

R.Aslanovun sözlərinə görə, hazırda Azərbaycanda suvarılan sahələrdə elə bir torpaq sahəsi yoxdur ki, orada tam şoranlaşma olsun və orada əkin işləri aparmaq mümkün olmasın.

Sədr müavini əlavə edib ki, ötən illə müqayisədə bu il anbarlarda su xeyli yuxarı olub: "Buna görə də bu il suvarma ilə bağlı problemin olacağı gözlənilmir".

Suvarma işinin təşklili üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini deyən R.Aslanov bildirib ki, bu il ötən illə müqayisədə 2,5 dəfə çox pambıq sahələri əkiləcək: "Bunların da əksəriyyəti artıq yerlərdə əkilib. Bizim nümayəndələr hər həftə yerlərdə olur, heç bir problem yoxdur. Pambıq sahələrinin suvarılmasında da bizim tərəfimizdən hər hansı problemin olacağı gözlənilmir. Suvarma ilə bağlı müəyyən çətinliklər olur. Cətinliklər odur ki, özəlləşdirmədən sonra əhalinin əksəriyyətinin torpağının sahəsi 2 hektardan 5 hektaradəkdir. Bir suvarma şəbəkəsi üzərində bir necə əkin əkilir, suya isə müxtəlif vaxtlarda müxtəlif qədər tələbat olur. Bu da torpaq sahibləri arasında müəyyən narazılıqların yaranmasına gətirib çıxarır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti