...

AzTU alimləri nüfuzlu impakt faktorlu jurnallarda

Cəmiyyət Materials 17 May 2016 14:53 (UTC +04:00)
Son illər Azərbaycan Texniki Universiteti (AzTU) ilə dünyaca məşhur impakt faktorlu jurnalların əməkdaşlığı genişlənib.
AzTU alimləri nüfuzlu impakt faktorlu jurnallarda

Trend-i buradan izləyin

Bakı. Trend:

Son illər Azərbaycan Texniki Universiteti (AzTU) ilə dünyaca məşhur impakt faktorlu jurnalların əməkdaşlığı genişlənib.

Universitetdən Trend-ə verilən məlumata görə, 2015-ci ildə AzTU alimlərinin 124 elmi məqaləsi əsasən Avropa və Rusiyada çap olunan impakt faktorlu jurnallarda nəşr edilib. Həmin jurnallar arasında "Shpinger Link", "Thomson Reuters" kimi məşhur dərgilər də var.

Elmi mühitin təkmilləşməsi nəticəsində yaranan müsbət tendensiya və Universitetin alimləri üçün yaratdığı xaricə çıxış imkanı ötən il kafedralar arasında sağlam rəqabətə çevrilib. Universitetin 11 aliminin imzası ilə ümumilikdə 71 məqalə dərc olunub.

Ötən il əldə olunan uğurlu iş bu il də davam etdirilir. Artıq digər jurnallar da əməkdalığa qoşulub. Bunlara "SCIENCEDOMAIN international", "Letters in Applied NanoBioScience", "Scientific Research" və digərlərini göstərmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti