...

Beyləqanda “Sabaha sağlam ruhla” aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 23 May 2016 10:06 (UTC +04:00)
Beyləqan rayonunda məskunlaşmış Xocavənd rayonundan olan məcburi köçkünlərə dəstək olmaq məqsədilə “Sabaha sağlam ruhla” adlı layihə həyata keçirilib.
Beyləqanda “Sabaha sağlam ruhla” aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Koreyanın Azərbaycandakı səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə 21-22 may tarixlərində Beyləqan rayonunda məskunlaşmış Xocavənd rayonundan olan məcburi köçkünlərə dəstək olmaq məqsədilə "Sabaha sağlam ruhla" adlı layihə həyata keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə,

Layihəyə şərq təbabəti ilə müalicə, şagirdlər arasında "Sehirli nağıl" rəsm müsabiqəsi və Koreya kinosunun nümayişi daxildir.

Xocavənd layihəsi 2015-ci ildə Fizuli rayonunun Horadiz qəsəbəsində həyata keçirilən "Sabaha sağlam ruhla" adlı layihənin davamıdır.

Açılış mərasimində Koreya səfiri Kim Çanq-gyu SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva və Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov çıxış edib.

Mərasimi giriş sözü ilə açan Koreya səfiri Kim Çanq-gyu bu layihənin mühüm əhəmiyyətindən danışıb, məcburi köçkünlərin ən qısa zamanda öz doğma torpaqlarına qayıtmaları üçün arzularını ifadə edib. Səfir həmçinin bu layihənin Koreya və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiyini də bildirib.

Növbəti çıxış edən SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva öz çıxışında dövlət başçısı İlham Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi böyük diqqət və qayğıdan danışıb, məhz onun yürütdüyü düzgün siyasət nəticəsində bu problemin ölkədə prioritet məsələ olduğunu vurğulayıb.

Zərifə xanım həmçinin SEBA Assosiasiyasının hər zaman belə xeyriyyə tədbirlərinin təşkilinə dəstək göstərdiyini də ifadə edib.

Kyung Hee Universitetinin Bakıda SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının koreyalı həkim və fizioterapevtləri tərəfindən əzələ və oynaq xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərə könüllü tibbi xidmət göstərilib. 400 məcburi köçkün Koreya şərq təbabəti üsulları ilə müalicə olunub, dərman preparatları ilə təmin olunub.

Layihə çərçivəsində 118 nəfərdən ibarət 3-5-ci sinif şagirdlərinin iştirak etdiyi "sehirli nağıl" rəsm müsabiqəsi keçirilib. Şagirdlər Azərbaycan nağılı "Göyçək Fatma" və Koreya nağılı "Şim Çonqun hekayəsi" haqqında təsəvvürlərini rəsmlərdə təsvir etdilər. Daha sonra şagirdlərə Səfirlik tərəfindən məktəbli çantaları, məktəb ləvazimatları, SEBA Assosiasiyası tərəfindən isə müxtəlif oyuncaq və şirniyyatlar hədiyyə edilib.

Layihə çərçivəsində məcburi köçkün ailələri üçün Xocavənd rayonu mədəniyyət evində Koreya yumoru və ailə sevgisinin tərənnüm olunduğu, rejissor Sung Si-heupun 2013-cü ildə ərsəyə gətirdiyi Azərbaycan dilinə dublyaj olunmuş "Nizamlı adam" filmi nümayiş olunub.

Səfər çərçivəsində səfir Kim Çanq-gyu və SEBA Assosiasiyasının nümayəndələri şəhid ailəsinə baş çəkmiş və ailəyə təskinlik veriblər. Ailəyə səfirliyin və SEBA Assosiasiyasının hədiyyələri təqdim olunub.

Təşkilatçılar tərəfindən iki gün davam edən Xocavənd layihəsinin həyata keçirilməsində əməyi keçən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Xocavənd Rayon İcra Hakimiyyətinə, həmçinin Azərbaycanda fəaliyyət göstərən üç Koreya şirkəti olan "Halla" Korporasiyası, "Samsung Engineering" və "LG Electronics" şirkətlərinə minnətdarlıq bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti