...

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 23 May 2016 18:11 (UTC +04:00)
Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır.
Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi, yolgöstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir.

Bu gün axşam saat 22:00-da etibarən səhər saatlarınadək Ziya Bünyadov propektinin "Böyük Şor" yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində (Çermet körpüsünədək) hər iki istiqamət üzrə yol tam bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti