...

Bakı və Sumqayıtda Uşaqların Beynəlxalq Mudafiəsi Günü ilə əlaqədar kitab satış-sərgisi keçiriləcək

Cəmiyyət Materials 1 İyun 2016 00:14 (UTC +04:00)
1 iyun - Uşaqların Beynəlxalq Mudafiəsi Günü münasibətilə “TEAS Press” Nəşriyyat Evi Bakı və Sumqayıt şəhərlərində kitab satış-sərgisi keçirəcək.
Bakı və Sumqayıtda Uşaqların Beynəlxalq Mudafiəsi Günü ilə əlaqədar kitab satış-sərgisi keçiriləcək

Bakı. Trend:

1 iyun - Uşaqların Beynəlxalq Mudafiəsi Günü münasibətilə "TEAS Press" Nəşriyyat Evi Bakı və Sumqayıt şəhərlərində kitab satış-sərgisi keçirəcək.

Nəşriyyat evindən Trend-ə verilən məlumata əsasən, iyulun 1-də Bakıda satış-sərgi İçərişəhərdə (Qız Qalasının yanında) və Sumqayıt bulvarı ərazisində səhər saat 10:00-dan 18:00-a kimi keçiriləcək.

Sərgidə "TEAS Press" Nəşriyyat Evinin "Üç alma" uşaq ədəbiyyatı bölməsinin nəşrləri, həmçinin ingilis dilinin tədrisi və öyrənilməsi məqsədilə müxtəlif dil bacarığı səviyyələri üçün Böyük Britaniyanın "Oxford University Press" tərəfindən nəşr olunmuş dərsliklər, lüğətlər və sair kitablar satılacaq.

"TEAS Press" Nəşriyyat Evinin "Üç alma" uşaq nəşrləri bölməsinin rəhbəri Kolin Makdonel deyib: "Uşaqlar bizim gələcəyimizdir və Azərbaycanın gələcəyi uşaqların biliyi, dünya görüşü və tərbiyyəsindən asılıdır. Ona görə də biz uşaqlarımızı maarifləndirməyi özümüzə borc bilirik. Bu məsələdə bizim nəşrlərimizin valideynlərə böyük kömək edəcəyinə ümid edirəm."

Xəbər lenti

Xəbər lenti