...

Bakının bu ərazisində içməli su məhdudiyyətlə veriləcək

Cəmiyyət Materials 10 İyun 2016 17:11 (UTC +04:00)
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Bakının bu ərazisində içməli su məhdudiyyətlə veriləcək

Bakı. Trend:

İyunun 13-də Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu məhdudiyyət yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti