...

Bakalavrlara xəbərdarlıq

Cəmiyyət Materials 17 İyun 2016 15:50
2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 19 iyun saat 24:00-dək davam edəcək.
Bakalavrlara xəbərdarlıq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 19 iyun saat 24:00-dək davam edəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə bildirilib ki, bu gün saat 14:00-a olan məlumata əsasən, 5464 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, onlardan yalnız 4979 nəfəri ərizəsini təsdiq edib.

İxtisaslaşma seçiminə iyunun 9-dan start verilib. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etməlidirlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti