...

Formula 1 pilotları keçmiş təsnifat mərhələsi haqqında təəssüratlarını bölüşüblər

Cəmiyyət Materials 18 İyun 2016 20:18 (UTC +04:00)
Bakıda son vaxtların ən parlaq təsnifat sessiyalarından biri keçirilib. Trend-in məlumatına görə
Formula 1 pilotları keçmiş təsnifat mərhələsi haqqında təəssüratlarını bölüşüblər

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda son vaxtların ən parlaq təsnifat sessiyalarından biri keçirilib. Trend-in məlumatına görə, bunu mətbuat konfransında " Mercedes" komandasının pilotu Niko Rosberq deyib.

Rosberq bildirib ki, Sebastian Fettel və Daniel Rikkardo onun əsas rəqibləridir.

"Force India" komandasının pilotu Serxio Peres Bakı yolunun 15-ci kilometrliyində baş verən qəzanı şərh edərkən bildirib ki, O, etdiyi səhvə görə özünə indiyə qədər hirslənir.

"Bu mənim üçün çətin sessiya idi. Ümid edirəm ki, sabah biz daha böyük irəliləməyə nail ola biləcəyik", - deyə Peres bildirib.

"Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo 15 dövrədə boliddə olan problemi aradan qaldırılması istiqamətində operativ görülən işlərə görə öz mexaniklər komandasına təşəkkür edib.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti