...

Abid Şərifov "Sovetski"də sökülən evlərin sayını açıqladı

Cəmiyyət Materials 19 İyun 2016 23:16 (UTC +04:00)
Bakının "Sovetski" adlandırılan məhəlləsində layihəyə əsasən 3750 ev sökülməlidir.
Abid Şərifov "Sovetski"də sökülən evlərin sayını açıqladı

Bakı. Trend:

Bakının "Sovetski" adlandırılan məhəlləsində layihəyə əsasən 3750 ev sökülməlidir.

Trend-in məlumatına görə, bunu ANS telekanalına açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, 3478 evin vəsaiti artıq ödənilib və sökülüb: "Sökülən, lakin dəyəri ödənilməyən obyektlərin sayı 15-dir. Bu, sənədləşmə problemi ilə əlaqədardır. Kompensasiyası ödənilməli və sökülməli olan təqribən 250 obyekt qalır".

A.Şərifov, həmçinin tarixi abidələrin sökülməsinə dair məsələyə aydınlıq gətirib: "Azərbaycanda qəbul olunmuş qaydalara uyğun olaraq, bu abidələr rəyə əsasən siyahıdan çıxarılıb. Yalnız Nazirlər Kabinetinin qərarında bir obyekt ev kimi gedirdi. Bu, qədim hamamdır və artıq siyahıdan cıxarılıb".

Xəbər lenti

Xəbər lenti