...

Marina Durunda: Olimpiadada Azərbaycanı təmsil etməyə layiq olduğumu sübut etmək lazımdır

Cəmiyyət Materials 24 İyul 2016 14:29 (UTC +04:00)
Olimpiadada Azərbaycanı təmsil etməyə layiq olduğumu sübut etmək lazımdır.
Marina Durunda: Olimpiadada Azərbaycanı təmsil etməyə layiq olduğumu sübut etmək lazımdır

Bakı. Ənvər Məmmədov - Trend:

Olimpiadada Azərbaycanı təmsil etməyə layiq olduğumu sübut etmək lazımdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan gimnastı Marina Durunda deyib.

O bildirib: "Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməyə layiq olduğumu sübut etmək lazımdır və bu məsuliyyət mənə bir qədər təzyiq göstərir. Lakin ümid edirəm ki, layiqincə çıxış edə biləcəyəm".

M.Durunda qeyd edib ki, Dünya Kuboku onun üçün olduqca çətin alınıb və Olimpiada öncəsi səhvləri nəzərə almaq və ilin əsas startına hazırlaşmaq lazımdır:

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazandı

"Mənim üçün çox çətin yarışlardır, böyük məsuliyyətdir, Olimpiada öncəsi son startdır. Fikrimcə, toparlanacaq və bu gün lentlə hərəkətlərdə etdiyim kimi, nəyə qadir olduğumu göstərəcəyəm".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti