...

Azarkeş: Gimnastika yarışlarına tamaşa etmək böyük təəssürat yaradır

Cəmiyyət Materials 24 İyul 2016 15:30 (UTC +04:00)
"Belə gözəl Milli Gimnastika Arenasına gəlib yarışlara tamaşa etmək bizdə böyük təəssürat yaradır".
Azarkeş: Gimnastika yarışlarına tamaşa etmək böyük təəssürat yaradır

Bakı. Elçin Mehdiyev - Trend:

"Belə gözəl Milli Gimnastika Arenasına gəlib yarışlara tamaşa etmək bizdə böyük təəssürat yaradır".

Bunu Trend-ə iyulun 22-24-də Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalına tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Elnarə Tağıyeva deyib.

E.Tağıyeva Azərbaycanda gimnastikanın inkişafına böyük dəstək göstərildiyini deyib: "Mənim qızlarım da gimnastika ilə məşğul olur. Ümid edirəm ki, belə yarışmalarda iştirak etmək mənim qızlarıma da qismət olar. Bu cür yarışlar uşaqlara stimul verir, onları həvəsləndirir, həm də idmançılarımızın yeni təcrübə qazanmasına şərait yaradır".

O, Milli Gimnastika Arenasının çox möhtəşəm olduğunu bildirib: "Bu cür gözəl məkanda beynəlxalq yarış təşkil etmək ölkəmizin dünyada nüfuzunu da artırır. Buraya gələn hər kəs razılıqla gedir və ölkəmiz haqqında xoş sözlər danışır".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti