...

Seysmoloji Xidmət Mərkəzinin Naxçıvan Məlumat Mərkəzi yaradılacaq

Cəmiyyət Materials 25 İyul 2016 17:25 (UTC +04:00)
ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica Bakıya gəlib.
Seysmoloji Xidmət Mərkəzinin Naxçıvan Məlumat Mərkəzi yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica Bakıya gəlib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) çalışan mütəxəssislər üçün seysmoloji materialların müasir üsullarla emalı üzrə müasir proqramların tətbiqinə dair təlim keçmək, eləcə də yerli mütəxəssislərlə birlikdə RSXM-nin Naxçıvan Məlumat Mərkəzinin yaradılmasında iştirak etməkdir.

Qonaq AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb. Görüşdə RSXM və "Kinemetriks" şirkəti arasındakı əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

"Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasına da gedəcək. Qeyd edək ki, Naxçıvanda yaradılacaq Məlumat Mərkəzində Muxtar Respublikada qeydə alınan zəlzələlərə dair məlumatların emalı və aparılan seysmoloji tədqiqat işlərinin genişləndirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti