...

8 avqust – Beynəlxalq Oftalmoloqlar Günüdür

Cəmiyyət Materials 8 Avqust 2016 10:33 (UTC +04:00)
Bütün dünyada avqustun 8-i Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur.
8 avqust – Beynəlxalq Oftalmoloqlar Günüdür

Trend-i buradan izləyin

Bakı. Trend:

Bütün dünyada avqustun 8-i Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Trend-in məlumatına görə, bu gündə diqqət oftalmologiyanın problemlərinə, əhali arasında görmə problemlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir.

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Oftalmologiya şöbəsi peşəkar idarəetmə və yüksək ixtisaslı tibb personalı ilə müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə pasiyentlərə ən yüksək səviyyədə tibbi xidmət təklif edir.

Uzunmüddətli daxili təlimdən keçən, beynəlxalq təhsilə və böyük iş təcrübəsinə malik olan tibbi heyət öz işində yüksək keyfiyyətli tibbi yardımı layiqli xidmət səviyyəsi ilə uyğunlaşdırmağa hazırdır.

Peşəkar həkim-oftalmoloqlarımız ən müasir avadanlıqların köməyilə görmənin vəziyyətini qiymətləndirir, göz xəstəliklərinin diaqnostikasını aparırlar. Görmə orqanının xüsusiyyətlərini tədqiq etdikdən sonra görməni saxlamağa və hətta onu bərpa etməyə kömək edən müalicə təyin edirlər. Həmçinin inkişaf etməkdə olan kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır.

Vaxtaşırı göz müayinəsindən keçməyi unutmayın! Görmənizdə problem varsa, bizə müraciət edin! Peşəkar və təcrübəli mütəxəssislərimizə nə qədər tez müraciət etsəniz, sizə göstərilən yardım da o qədər effektli olacaq və siz o qədər də yaxşı görəcəksiniz!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti