...

Bu gün aşkarlanan PHS-lər haqqında hesabat (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2016 17:02 (UTC +04:00)
Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağcabədi, Ağdam və Tərtər rayonlarında bu gün aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.
Bu gün aşkarlanan PHS-lər haqqında hesabat (FOTO)

Bakı. Trend:

Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağcabədi, Ağdam və Tərtər rayonlarında bu gün aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

Trend ANAMA-ya istinadən xəbər verir ki, Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb, 3 000 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonunun Əfətli kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış top mərmisi və (9M22U raketi – Qrad) qalıqları aşkar edilərək götürülüb, 3 000 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Şıxarx kəndində 1 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 8 000 kv.m ərazi yoxlanılıb.

Bu gün 2 əkin sahəsi və 1 otlaq sahəsində, 6 partlayış yerinə baxış
keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 14 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 08 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti