...

"Tәhsil üçün әlәlә" layihәsinin iştirakçıları Qafqaz Universitetində (FOTO)

Cəmiyyət Materials 12 Avqust 2016 14:59 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada tәhsil almış azәrbaycanlıların üzv olduğu AUKAA qeyri-hökümәt təşkilatı Azərbaycanda müxtәlif ictimai vә sosial layihәlәr hәyata keçirir.

Belə layihələrdən biri Azәrbaycan Respublikası Prezidenti yanında Gәnclәr Fondunun maliyyә dәstәyi ilә hәyata keçirilәn "Tәhsil üçün әlәlә" layihәsidir. Layihә çәrçivәsindә seçilmiş kәnd mәktәblәrinin 9 və 10-cu sinif şagirdlәri ilә görüşlәr vә onların arasından seçilmiş 30 şagird üçün yay düşәrgәsi təşkil olunub.

Layihәnin ilk mәrhәlәsindә, Zaqatala, Balakәn, Gәdәbәy, Şamaxı, Salyan, Lerik, Yardımlı, Siyәzәn, Ağdam vә Bәrdә rayonunda kәnd mәktәblәrinә ziyarәtә gedәn komanda tәrkibindә olan AUKAA üzvlәri mәktәblilәrlә tәhsilin önәmi, öz uğur hekayәlәri, seçilәbilәcәk spesifik ixtisaslar, bakalavr tәhsili boyu vaxtın sәmәrәli istifadәsi, xaricdә tәhsili davam etdirmәyi planlaşdırma, tәqaüd imkanları ilә bağlı söhbәt edib, layihә çәrçivәsindә dәvәt olunacaqları yay düşәrgәsi vә seçim prosesi barәdә mәlumat veriblәr.

Layihәnin ikinci mәrhәlәsindә ziyarәt edilmiş 10 mәktәbin hәr birindәn seçilmiş 3 (ümumilikdә 30) şagird üçün Bakıda yay düşәrgәsi tәşkil olunur. Seçim prosesi şagirdlәr arasında keçirilmiş 5 mәntiq vә 1 inşa sualından ibarәt imtahanın nәticәlәri әsasında aparılıb. 5 gün davam edən düşәrgәdә şagirdlәr üçün Komanda quruculuğu (Team building), Vaxtın idarәolunması, Universitetә hazırlıq vә ixtisas seçimi, Xaricdә tәhsil, Liderlik, İnternetdәn düzgün istifadә tәlimlәri keçirilib. Әlavә olaraq, onların cәmiyyәtdә öz uğurları ilә seçilmiş insanlarla vә bәzi prioritet sahәlәrin (mәsәlәn, mühәndislik, iqtisadiyyat, tibb, sosial sahәlәr) mütәxәssislәri ilә görüşlәri vә Azәrbaycan әn nüfuzlu universitetlәrindәn bәzilәrinә gәzintilәr təşkil edilib. Layihə iştirakçıları bir gün Qafqaz Universitetinə ekskursiya ediblər. Universitet rəhbərliyi ilə görüşüb, onları maraqlandıran suallarına cavab alan layihə iştirakçıları universitetin maddi texniki bazası , müasir laborotoriyaları və audfitoriyaları ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti