...

Araq və siqaretin sərhəddən qanunsuz keçirilməsinin qarşısı alındı

Cəmiyyət Materials 19 Avqust 2016 11:58 (UTC +04:00)
Tovuz rayonunda xeyli miqdarda araq və siqaretin qanunsuz yolla sərhəddən keçirilməsinin qarşısı alınıb.
Araq və siqaretin sərhəddən qanunsuz keçirilməsinin qarşısı alındı

Bakı. Trend:

Tovuz rayonunda xeyli miqdarda araq və siqaretin qanunsuz yolla sərhəddən keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir.

Məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn mikroavtobusa gömrük baxışı keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, mikroavtobusda sərnişin qismində əyləşən Azərbaycan vətəndaşına məxsus sellofan torbalarda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış - 244 ədəd 0,5 litrlik, 20 ədəd 1 litrlik xarici markalı araqlar, 18 min ədəd isə xarici markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti