...

Qubada hərbi hissədə “Dini radikalizmlə mübarizə yolları” konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2016 16:57 (UTC +04:00)
Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Quba rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Qubada hərbi hissədə “Dini radikalizmlə mübarizə yolları” konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Quba rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizə yolları”  mövzusunda tədbir keçirilib.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və hərbçilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycan ordusu şərəfini qoruya bilən, Vətəninə və dövlətinə sadiq ordudur. Hazırda dünyada elə dövlətlər var ki, onların orduları dini radikalizmin qurbanına çevirilərək öz ölkələrində həmvətənləri ilə müharibə aparırlar.

Sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edərək dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışıb. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında aprel döyüşlərinə toxunaraq Azərbaycan əsgərinin fonunda Azərbaycan gəncinin mərdliyindən və qəhrəmanlığından bəhs edib. O, ölkəmizin bütün rayon və şəhərlərində, cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Çıxışlardan sonra hərbi qulluqçulara DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Fitnə” filmi təqdim olunub.Nümayişdən sonra film ətrafında müzakirələr aparılıb.  
 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti