...

Bakıda daha 6 marşrut kartla ödənişə keçir

Cəmiyyət Materials 1 Sentyabr 2016 10:01 (UTC +04:00)
Bu gündən etibarən Bakıda daha 6 marşrut xətti üzrə (18, 61, 65, 79, 85, 96) hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçiriləcək.
Bakıda daha 6 marşrut kartla ödənişə keçir

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gündən etibarən Bakıda daha 6 marşrut xətti üzrə (18, 61, 65, 79, 85, 96) hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçiriləcək.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

İlk mərhələdə 6 marşrut xətti üzrə 117 avtobusda validatorların quraşdırılması təmin edilib. Ümumilikdə yaxın zamanlarda daha 400 avtobusda validatorların quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, vahid kart sisteminin tətbiq edildiyi 15 marşrut xəttində və Bakı metropolitenində gediş haqqının ödənilməsi "BakıKart" sistemi ilə həyata keçirilir.

Kard vasitəsilə ödənişin tətbiqi Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlər qarşısında vahid kart sisteminə keçidin tətbiqinə dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qoyulan tələbə uyğun olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti